Lerikdən Bakıya külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb
Lerikdən paytaxt Bakı ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə aparmaq istəyən həmkəndlilər saxlanılıblar. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Cəlilabad rayonu, Çünzəli kənd sakinləri Nurlan Mustafalı və əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayevi yaxalayıblar. Onlardan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxslər narkotik vasitəni xaricdə yaşayan narkotacirdən əldə ediblər.
Vüsalə Cənnətova