Lerikdə narkotik vasitə və silah saxlayan şəxslər saxlanılıb
Lerik sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev 400 qram marixuana ilə saxlanılıb. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi də aşkarlanaraq götürülüb.
Vüsalə Cənnətova