Legiyanın baş məqçisindən Mahir Emrelinin ünvanına sərt sözlər
2021-01-21 18:09
Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç klubdan ayrılacağı gözlənilən millimizin hücumçusu Mahir Emreli haqda danışıb. Onun barəsində xüsusi heç nə deyə bilməyəcəyini dilə gətirən baş məşqçi, Mahirin ona özünü klubda və komandada xoşbəxt hiss etmədiyini bildiridiyini də qeyd edib. "Buna təəccübləndim. Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var” - deyə 43 yaşlı çalışdırıcı sözlərinə əlavə edib.
Nərgiz camal