Laçından Xankəndi istiqamətində sülhməramlıların daha iki avtomobili maneəsiz hərəkət edib
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyasının on altıncı günüdür. Hava şəraitinin şaxtalı olmasına baxmayaraq, aksiya davam edir. Ötən axşam Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd hərbi avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.