Laçında yeni hərbi obyektlər istifadəyə verilib
Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib. Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər. Şəxsi heyətin döyüş hazırlığı da yoxlanılıb. Nazir müavinləri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.