Laçına növbəti köç karvanı yola düşüb
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakıdan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. İndiyədək Laçına 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.
Azad Mustafayev