Laçın yolundan sülh mesajı: Aksiya iştirakçıları səmaya 44 göyərçin buraxdı
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri hökümət təşkilatlarının Şuşa-Xankəndi yolundakı etirazı vətənpərvərlik ruhunda çağrışlarla davam edir. “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ən böyük əsgər, bizim əsgər!”, “Qarabağ Azərbaycandır!”, Azərbaycan oyaqdır, sərvətinə sahibdir!” şüarlarla səsləndirilir.
Həmçinin, sülh mesajı olaraq havaya 44 göyərçin buraxıblar. Aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.