Laçın-Xankəndi yolundan 56 avtomobil maneəsiz hərəkət edib
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 68 gündür davam edir. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlarlar səslədirilər. Gün ərzində yoldan Rusiya sülhməramlılarına məxsus 56 avtomobil maneəsiz hərəkət edib.
Vüsalə Cənnətova