Laçın-Xankəndi yolundan 20 avtomobil keçib
Qarlı hava şəraitinə baxmayaraq, azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 75 gündür davam edir. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırır, şüarlar səsləndirirlər. Bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 20-yə çatıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Vüsalə Cənnətova