Laçın-Xankəndi yolunda etirazlar 33 gündür davam edir
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 33 gündür ki, davam edir. Etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini coşqu ilə davam etdirirlər.