Laçın polis şöbəsinin əməkdaşı ehtiyatsızlıqdan özünü güllələyib
Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.