Lavrov Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib
2020-08-21 10:00
Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Trud" qəzetinə müsahibəsində deyib ki, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhdən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib.
Fərid Mehdiyev