Canlı
Lapşin əməlindən peşman olduğunu bildirib

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib. Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən Aleksandr Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.

Fərid Mehdiyev