La Liqada turun bütün oyunları təxirə salına bilər
2020-01-08 14:01
İspaniya La Liqasında XVIII turun bütün oyunları təxirə salına bilər. Buna səbəb ölkədə hava şəraitinin əlverişsiz olmasıdır. İspaniyada havanın kəskin soyuq keçməsi və güclü qarın yağması əksər stadionları yararsız hala salıb. Üstəlik, sabah havanın daha da pisləşəcəyi proqnozlaşdırılır. Bu isə komandaların səfər oyunu üçün uçuşlarına problem yaradır. Bütün bunları nəzərə alan La Liqa rəhbərliyi həm bir neçə matçın, həm də ümumilikdə turun təxirə salınması variantını müzakirə edir.
Nərgiz camal