La liqada mövsümə yekun vurulub
2020-07-20 14:05
İspaniya La Liqasının 2019/2020 mövsümünün çempionatı başa çatıb. 38 turdan süonra İspaniya çempionu "Real Madrid" olub. "Kral klubu" 87 xal yığıb. "Barselona" ondan 5 xal geri qalıb. Çempionatda "Atletiko" və "Sevilya" 70 xal toplayıblar. Bu dörd komandanın hamısı Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb. Avropa Liqasının qrup mərhələsinə isə "Vilyarreal" düşüb. Komandanın aktivində 60 xal var.
Vəfa Şairova