La Liqada "Jirona" nağılı davam edir
İspaniya La Liqasında 12-ci tura yekun vurulub. Son gündə bir görüş baş tutub. “Xetafe” doğma meydanda “Kadis”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. La Liqada mövsümün sürpriz komandası - 31 xalı olan “Jirona” vahid liderdir. “Real” 29 xalla ikinci, “Barselona” 27 xalla üçüncüdür.
Emin İsazadə