La Liqa: "Jirona" liderliyini davam etdirir
İspaniya La Liqasında 13-cü tura yekun vurulub. Ötən gün daha 3 görüş baş tutub. “Sevilya” “Betis”lə ev oyununda xal itirib - 1:1. “Barselona” ev oyununda hesabda geri düşsə də, Levandovskinin qoları ilə “Alaves”ə 2:1 qalib gəlib. Madrid “Atletiko”su isə “Vilyarreal”ı 3:1 yenib. Turun “Malyorka” – “Kadis” matçı təxirə salınıb. La Liqada turnir cədvəli necədi bəs? Deməli, 34 xala malik “Jirona” vahid liderdir. “Real” 32 xalla ikinci, “Barselona” 30 xalla üçüncüdür. Madrid “Atletiko”su 28 xal toplayıb.
Emin İsazadə