Laçından Xankəndi istiqamətində sülhməramlıların daha 4 avtomobili maneəsiz hərəkət edib
Xankəndi-Laçın yolunda keçirilən ekoloji etiraz aksiyası davam edir. Dinc aksiyanın iştirakçıları qətiyyət nümayiş etdirirlər, yüksək əhval-ruhiyyədədirlər. Ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndiblər. Rusiya sülhməramlılarına məxsus daha 4 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Bu gün ümumilikdə 11 maşın Laçın yolundan keçib.