Laçında növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ANAMA-nın birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.Tədbir iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
22 iyun 2026

