Laçında Həkəri çayına balıqlar buraxılıb
Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına 1 500 ədəd Azərbaycanın "Qırmızı kitab"ına daxil olan qızılxallı forel balıqları buraxılıb. Həmçinin Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Bərgüşad və Köndələnçay çaylarına 408 min, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 min qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb.
Vüsalə Cənnətova