Laçında daha üç su elektrik stansiyası inşa edilir
“AzərEnerji” Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edir. Şəlvə çayının Laçın ərazisindən keçən hissəsində tikilən “Seyidlər”, “Bülövlü” və “Qoşasu” stansiyalarında tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalara suyun çatdırılması üçün ümumilikdə 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib. Hazırda turbin və generatorların quraşdırılması aparılır. İşlərin yaxın aylarda başa çatdırılması planlaşdırılır.Hazırda Laçının 8-10 meqavatlıq elektrik tələbatı tamamilə su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına ödənilir. Artıq istehsal olunan enerji isə ölkənin vahid enerji sisteminə ötürülür.
06 oktyabr 2026

