Laçında dağlıq ərazidə yanğın olub
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub.Fövqəladə Hallar Nazirliyindən bildirilib ki,əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
24 sentyabr 2026

