Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir
2021-09-09 14:08
Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçında keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir. Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması,təxribat qruplarının məhv edilməsi, gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.
Nərgiz camal