Laçında şəhid olan hərbçimiz torpağa tapşırıldı

Erməni təxribatı zamanı şəhid olan daha bir hərbçimiz Nihad Verdiyev Gəncədəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Daşkəsən rayon Qaraqullar kəndində anadan olan 19 yaşlı igid böyük izdihamla son mənzilə yola salınıb. Vida mərasimində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Nəşi dəfn olunduqdan sonra üçrəngli bayraq şəhidin atasına təqdim olunub. Ardınca Azərbaycan himninin sədaları altında torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Nihad Verdiyevin xatirəsinə ehtiram olaraq havaya yaylım atəşi açılıb. Cari ilin yanvar ayında hərbi xidmətə yollanan Nihad Verdiyev komando hərbi birləşməsində xidmət keçirdi. O, Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik