Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası 75 gündür davam edir
Könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 75 gündür davam edir. Ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Yolda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Nərgiz Camalzadə