Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
Bu il Laçın və Zəngilan rayonlarında “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçiriləcək.Bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev “Baku Build” və “Rebuild Garabagh – 2026” sərgiləri çərçivəsində keçirilən tədbirdə bildirib.Fond Qarabağda gənclərin təşəbbüslərini dəstəkləyir. “Səyyar Gənclər Xidməti” indiyədək Xankəndidə təşkil olunub. Bu il isə layihənin Laçın və Zəngilanda həyata keçirilməsi nəzərdə tutulur.Fondun əsas məqsədlərindən biri işğaldan azad edilmiş ərazilərdə gənclərin təşəbbüslərini dəstəkləmək və onların qayıdış prosesinə töhfəsini artırmaqdır.
14 oktyabr 2026

