Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib
2021-06-18 16:00
Kütləvi informasiya vasitələri və sosial media səhifələrində yerli mətbuata müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf edən Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanla bağlı Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Koryun Qumaşyan təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
Fərid Mehdiyev