Laçının işğaldan azad edilməsindən üç il ötür
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür. 1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, 2020-ci il noyabrın 10-da imzalanan məlum üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Azad Mustafayev