Lənkəranda xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət məqsədilə reyd keçirilib
2021-05-19 18:10
Lənkəranda xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət məqsədilə reyd keçirilib. Polis əməkdaşları sərnişinlərlə profilaktik söhbətlər aparıb, tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bundan başqa tibbi maska ilə bağlı tələblərə riayət etməyən taksi sürücüləri və sərnişinləri barəsində də inzibati protokollar tərtib edilib.
Fərid Mehdiyev