Canlı
Lənkəranda universitet tələbəsi qəzanın qurbanı oldu

2018-02-09 / 16:06

Lənkəran-Astara yolunda baş verən qəza zamanı 18 yaşlı gənc dünyasını dəyişib. Rayonun Şahağacı kənd sakinləri sürücü Sahil Rüstəmov və sərnişini Ağamoğlan Cabbarov xəstəxanaya çatdırılsa da sürücünün həyatını xilas etmək mümkün olmayıb. Sahil Rüstəmov Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub. Qəza uşağı vurmamaq üçün avtomobilin yolun kənarındakı maneəyə çırpılməsi nəticəsində baş verib.

Fərid Mehdiyev