Canlı
Lənkəranda sərnişin mikroavtobusu qəzaya düşüb, yaralılar var

2018-01-12 / 13:59

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb. Sərnişinləri paytaxta daşıyan mikroavtobus rayonun Ürgə kəndi ərazisində "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroavtobus yolun kənarına aşıb. Nəticədə sərnişinlər xəsarət alıb. Yaralılardan 6 nəfər xəstəxanaya çatdırılıb.

Ruhəngiz Hacızadə