Lənkəranda qəza sürücünü xəstəxanalıq etdi

2019-11-09 12:08

Lənkəranın Vilvan kəndində Cil kənd sakini, 21 yaşlı Şahhüseyn Nəsirzadə idarəetməni itirərək “VAZ 2106” markalı avtomobillə yol kənarındakı yarımtikiliyə çırpılıb. Sürücü rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ehtimal edilir ki, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Ruhəngiz Hacızadə