Lənkəranda mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıb
Lənkəranda örüş sahələrindən ümumilikdə 17 nəfərə məxsus mal-qara oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Cəlilabad sakinləri, əvvəllər məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev saxlanılıblar. Sonuncunun üzərində “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron da aşkarlanıb. R,Əliyevin odlu silahı əldə etdiyi, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi, Salyan sakini Rövşən Mehtiyev də tutulub.
Nərgiz Camalzadə