Lənkəranda koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələnib
2020-02-01 14:08
Lənkəranda şəhər sakininin karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından vəfat edən həyat yoldaşına 50 nəfərlik 40 mərasimi təşkil etməsi müəyyən edilib. Həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb. 2 nəfər barəsində protokol tərtib edilib və onlar cərimə olunublar.
Nərgiz camal