Lənkəranda ev və avtomobil yanıb, xəsarət alan var
Lənkəranda Mirəziz Ağayevə məxsus ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və qarajında dayanan “BMW” avtomobilinin yanar hissələri yanıb. Nəticədə şəhər sakini, avtomobil təmiri ustası olan 43 yaşlı Nazim Verdiyev yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.
Vüsalə Cənnətova