Lənkəranda dəm qazından zəhərlənmələrə qarşı monitorinqlər aparılır

Lənkəran Dövlət Yanğın Nəzarəti Xidməti, yanğın hadisələri və dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün monitorinqlər keçirir. Rayonda ümumilikdə 127 yaşayış binası var. Mənzillərin 80%-də yoxlamalar aparılıb. Monitorinqlər zamanı mənzil sakinləri, idarə əməkdaşları tərəfindən təlimatlandırılır. Yol verilən çatışmazlıqların aradan qaldırılması üçün, aidiyyəti qurumlara məktublar göndərilir. Monitorinqlər ilin sonuna kimi davam edəcək.

Bahadur Şakiroğlu