Lənkəranda baş verən yanğında 2 uşaq ölüb
2020-11-11 12:05
Lənkəran şəhərinin Səttərxan küçəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı ev yanıb. FHN əməkdaşları alovu söndürüblər. İçəridən köməksiz qalan 3 uşağı çıxarıblar. Onlar xəstəxanaya aparılıb. 6 yaşlı Milada Aleksandroviç Quds və 1 yaşlı Emil Cəsarət oğlu Qudsun həyatını itirdiyi məlum olub. 2 yaşlı Artyom Aleksandroviç Quds isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.
Vüsalə Camal