Lənkəranda avtomobil hasara çırpılıb, 2 nəfər yaralıdır
Lənkəranın Viravul kəndində şəhər sakini, 25 yaşlı Rəvan Rəşad oğlu Tağızadə “Chevrolet” ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili əvvəl dəmir çəpərə çırpılıb, sonra daş hasarı aşıraraq kənd sakininə məxsus həyətə girib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və şəhər sakini, 46 yaşlı Rəvanə Əbdüləziz qızı Tağıyeva xəstəxanaya çatdırılıblar.
Vüsalə Cənnətova