Canlı
Lənkəranda avtomobil aşdı, iki nəfər yaralandı

Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində çalışan işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb. Bu zaman Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini 35 yaşlı Elmin Məmmədov xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev