Lənkəranda arvad ərini bıçaqlayıb
2021-06-16 10:08
Lənkəranda arvad ərini bıçaqlayıb. Hadisə Ürgə kəndində baş verib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində olub. Göyşaban kənd sakini olan Mahir Güloğlan oğlu Rzayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lənkəranda daha bir bıçaqlanma Səpnəkəran kəndində olub. 14 yaşlı yeniyetmə qonşusu 18 yaşlı Hüseynəli Sübhan oğlu Hüseynovu bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yeniyetmə saxlanılıb.
Fərid Mehdiyev