Lənkəranda arvadını qətlə yetirən ər saxlanılıb
2020-09-14 12:07
Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 39 yaşlı Günay Abıyevanın odlu silahla qətlə yetirilən meyiti yaşadığı evdə aşkar edilib. Rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib. cinayət işi başlanıb. Günay Abıyevanı əri, 36 yaşlı Mais Abıyevin qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Mais tutularaq istintaqa cəlb olunub.
Vəfa Şairova