Lənkəranda 3 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Lənkəran - Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində "QAZel", "Mercedes" və "VAZ-2106" toqquşub. Qəza nəticəsində deformasiyaya uğrayan "VAZ"da sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Şükürov və 1989-cu il təvəllüdlü Ağasif İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. "QAZel"də olan sərnişin Lerikin Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Qasımov da xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev