Canlı
Lənkəranda əri tərəfindən döyüldüyü deyilən qadın xəstəxanada ölüb

2018-03-13 / 14:07

Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb. Rayonun Rvo kənd sakini, Mahirə Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Qafarova orada vəfat edib. Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü bildiriblər. Qafarova Lerik rayonunda ərdə olub. Məlumata görə, hadisə də 5 gün əvvəl orada baş verib.

Ruhəngiz Hacızadə