Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
2021-04-15 10:05
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şıxəkəran kəndində naməlum avtomobil kənd sakini Zülfiyyə Şəhadət qızı Əliyevanı vuraraq hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Fərid Mehdiyev