Lənkəran və Bərdədə qəza olub
Lənkəranda şəhər sakini, 1980-ci il təvəllüdlü Malik Əsgərov idarə etdiyi "VAZ" ilə Salyan sakini, 2005-ci il təvəllüdlü Jalə Eyvazlını vurub. Xəsarət alan şəxs dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bərdədə də analoji hal yaşanıb. Rayon sakini Afiq Rzazadə idarə etdiyi "Mersedes Benz"lə piayada, 1962-ci il təvəllüdlü Vaqif Hüseynovu vurub. Yaralı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Nərgiz Camalzadə