Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib
2020-10-27 18:04
Lüksemburqda yaşayan azərbaycanlılar icazəli aksiya keçiriblər. İştirakçılar Gəncədə və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər. Beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa çağırıblar. Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb.
Nərgiz Camal