Kərim Vəliyev və Ənvər Əfəndiyev hərbi hissələrdə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev və Quru Qoşunların komandanı Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib.
Nərgiz Camalzadə