"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur
"Kəpəz" Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə ilə müqaviləni pozmağa hazırlaşır. Klubun İdarə Heyətinin sədri İlqar Nadirinin sözlərinə görə, "Onların digər komandalara keçməsi və ya icarəyə verilməsi də gündəmdədir. Son nəticəni yaxın günlərdə biləcəyik"- deyə sədr qeyd dib. Hər üç futbolçunun "Kəpəz"lə cari mövsümün sonunadək sözləşmələri var. Onlar baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndəriliblər.