"Kəpəz" "Araz-Naxçıvan"la qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. Sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15-də başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək. Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.
Vüsalə Cənnətova