Kəpəz 19-cu turun açılış matçında qələbəni əldən verdi
Azərbaycan Premyer Liqasında 29 günlük fasilə Gəncədə başa çatıb. Bu gün start götürən XIX tur çərçivəsində “Kəpəz” “Qəbələ”ni qəbul edib. Birinci hissədə qazandığı iki 11 mertlik cərimə zərbəsini dəqiq yerinə yetirən meydan sahibləri Ahmed Ayzaya və Martins Juniorun qollarıyla fasiləyə üstün yollanıb. İkinci yarıda Ruan Renato və Ülvi İsgəndərov Qəbələ təmsilçisi məşlubiyyətdən xilas edib. 2:2